RU

Masazırda 5 gündür su yoxdur: rəsmi qurum danışdı (VİDEO)

Bakı.Trend:

Azərbaycanda bayram günlərində müşahidə olunan intensiv yağışlarpaytaxt və bölgələrdə infrastrukturun fəaliyyətinə ciddi təsirgöstərib. Yağış suları xüsusilə Abşeron rayonunun Masazırqəsəbəsini içməli su ilə təmin edən nasos stansiyasında nasazlığasəbəb olub və nəticədə beş gündür qəsəbənin bəzi ərazilərinə suyunverilməsi dayandırılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,intensiv yağışlardan sonra ərazidəki nasos stansiyasında yarananproblem hazırda aradan qaldırılmaqdadır.

"Ötən gün axşamdan 2 nasos işə salınıb, dünən gecədən səhərsaatlarına qədər suyun verilməsi bir sıra ünvanlar üzrə həyatakeçirilib. Hazırda da nasosxanada bərpa işləri instensiv davametdirilir. Bu gün ərzində də suyun fasilələrlə verilməsi həyatakeçirilib və proses digər ünvanlar üzrə davam etdirilir".

Həmçinin bildirilib ki, nasos stansiyasında yaranan vəziyyət tamaradan qaldırılan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlkiqrafikə uyğun bərpa ediləcək.

Избранный
66
az.trend.az

1Источники