RU

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 19 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 176 milyon 596 min ABŞ dolları təşkil edib.

"Far.Az" un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 21,5 % artaraq 158 milyon 304 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,3 % azalaraq 18 milyon 291 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 4,3 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.

Избранный
11
1
far.az

3Источники