ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper martın 29-30-da İsrailə səfər edib.
"Far.Az" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, Kuper orada İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.
"Səfər çərçivəsində iki hərbi rəhbər İranın öz sərhədlərindən kənarda gücünü tətbiq etmə qabiliyyətinin aradan qaldırılmasına yönəlmiş əməliyyatlarda əldə edilmiş irəliləyişi müzakirə ediblər. Onlar həmçinin ABŞ-İsrail müdafiə tərəfdaşlığının möhkəmliyini təsdiq edib və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar", - CENTCOM-un nümayəndəsi Tim Hokins deyib.