RU

Ömüralıyev: TDT Kosmik agentliklərinin rəhbərlərinin görüşü 2027-ci ildə Qazaxıstanda keçirilə bilər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik agentliklərinin rəhbərlərinin görüşü 2027-ci ildə Qazaxıstanda keçirilə bilər.

"Far.Az"un Qazaxıstan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev məlumat verib.

"Mən Qazaxıstan tərəfindən 2027-ci ildə Kosmik agentliklərin rəhbərlərinin növbəti, altıncı görüşünün keçirilməsi imkanını nəzərdən keçirməyi xahiş edirəm. Bildiyiniz kimi, rəsmi Astana bizi keçən il qəbul etməli idi... Ümid edirəm ki, gələn il görüşümüz Qazaxıstanda keçiriləcək", - o deyib.

Daha əvvəl verilən məlumata görə, Özbəkistan 6U formatında ilk elmi peykini orbitə buraxmağa hazırlaşır.

Избранный
16
far.az

1Источники