RU

Aprelin ilk həftəsi bu bürclər üçün RİSKLİDİR

Aprelin 3-də Merkuri planetinin Günəşdən maksimal uzaqlaşması (ən böyük qərb uzanması) ilə əlaqədar səmada nadir astronomik hadisə qeydə alınacaq.

Milli.Az xəbər verir ki, astroloqların proqnozlarına görə, aprelin ilk günlərində baş verən bu kosmik yerdəyişmə bəzi bürclər üçün uğurlu fürsətlər yaratsa da, bəziləri üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.

Hadisənin təsiri ilə xüsusilə Əkizlər, Qız və Qoç bürcləri üçün olduqca müsbət və sevindirici bir dövr başlayır. Bu bürclərin nümayəndələri uzun müddətdir həllini tapmayan maddi problemlərini qaydasına sala biləcək və iş həyatında gözlənilməz təkliflər alacaqlar. Merkurinin aydınlanma enerjisi bu şəxslərə yeni müqavilələr imzalamaq və şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırmaq üçün ideal şans verəcək.

Bunun əksinə olaraq, Balıqlar, Oxatan və Tərəzi bürcləri üçün aprelin 3-ü və ondan sonrakı bir neçə gün kifayət qədər riskli hesab olunur. Bu bürclərin nümayəndələrinə mühüm qərarlar qəbul edərkən maksimum diqqətli olmaq, böyük məbləğdə pul xərcləməmək və emosional gərginlikdən qaçmaq tövsiyə edilir.

Astroloqlar bildirirlər ki, Merkurinin bu mövqeyi qeyd olunan bürclərdə fikir dağınıqlığına və yanlış anlaşılmalara yol aça bilər ki, bu da rəsmi sənədləşmələrdə problemlər yarada bilər.

Ümumilikdə isə aprelin ilk həftəsi bütün bürclər üçün intellektual fəaliyyətin artdığı, gizli qalan məlumatların üzə çıxdığı bir vaxt olacaq. Mütəxəssislər bu dövrdə tələsik qərarlardan qaçmağı və hər bir addımı məntiqlə ölçüb-biçməyi məsləhət görürlər.

Səkinə Yusifova
Milli.Az

Избранный
19
1
milli.az

2Источники