RU

"Mayamidə keçirilən son danışıqlar heç bir nəticə veməyib" -Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun komandası Donbasdan Ukrayna Silahlı Qüvvələrinin çıxarılmasını münaqişənin həlli üçün əsas tələb hesab edir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Tramp və komandası münaqişənin bitməsi üçün başqa yol görmür, həll yolu yalnız Ukrayna qoşunlarının Donbasdan çıxarılmasıdır”, – deyə Zelenski bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof və Trampın kürəkəni Cared Kuşner ilə Mayamidə keçirilən son danışıqlar heç bir nəticə verməyib.

Aytəkin TOFİQQIZI

Избранный
32
2
redaktor.az

3Источники