RU

Çindən Vaşinqtona XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Pekində keçirilən brifinqdə Vaşinqtona İranda tarixi obyektlərin, o cümlədən UNESKO siyahısına daxil olan abidələrin məhvinin dərhal dayandırılmasının vacib olduğunu bildirib. 

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

“Biz tarixi abidələrin, o cümlədən UNESKO siyahısındakı obyektlərin dağıdılmasından dərin narahatlıq duyuruq”, – deyə diplomat vurğulayıb.

O, münaqişədə iştirak edən tərəfləri ən qısa zamanda danışıqlara başlamaya və müharibəyə son qoymağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu münaqişə baş verməməli idi. Çin döyüş əməliyyatlarının dərhal dayandırılmasını və diplomatik həll yoluna qayıdılmasını tələb edir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
redaktor.az

2Источники