RU

"Prado"nun sürücüsü suyu insanların üstünə sıçratdı - VİDEO

Paytaxtda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, "Prado" markalı avtomobilin sürücüsü qaydaları açıq şəkildə pozub. Hadisə anı videoya çəkilib.

Kadrlardan görünür ki, sürücü yol kənarında olan piyadaların üzərinə gölməçədən yüksək sürətlə keçərək su sıçradıb. Bu məsuliyyətsiz davranış ətrafdakı insanların narazılığına səbəb olub və sosial mediada birmənalı qarşılanmayıb.

Mütəxəssislər bildirir ki, bu cür hərəkətlər həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir və inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, piyadalara qəsdən maneə yaratmaq və ya onları narahat edəcək şəkildə su sıçratmaq kimi hallar inzibati xəta hesab olunur və sürücülər bu qayda pozuntusuna görə təxminən 40-60 manat məbləğində cərimə edilə bilər.

Milli.Az

Избранный
13
1
milli.az

2Источники