RU

AzMİU "QS 2026" reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin“QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndəilk dəfə yer alaraq mühüm uğura imza atıb. Universitet bu nüfuzlubeynəlxalq reytinqdə 1 sahə üzrə təmsil olunub.

AzMİU-nun əldə etdiyi diqqətçəkən nəticə isə Dizayn sahəsiüzrədir. Belə ki, universitet bu istiqamətdə reytinqə daxil olanölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bugöstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclüakademik baza, yaradıcı yanaşma və müasir tədris mühitininbeynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Ümumilikdə, 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşıuniversitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxilolan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrinsayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrindəmüşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilinkeyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətininartdığını göstərir.

Qeyd edək ki, Azərbaycan bu reytinqdə təmsil olunan CənubiQafqaz regionunun yeganə ölkəsidir və cari ildə əldə olunannəticələrin dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan iləmüqayisədə daha yüksəkdir.

Dünyanın 100-dən artıq ölkəsini əhatə edən və 1900-dək alitəhsil müəssisəsinin iştirak etdiyi QS sahələr üzrə reytinqi 5geniş sahəni və 55 ixtisas istiqamətini əhatə edir. Qiymətləndirməzamanı akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələrəistinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq göstəriciləriəsas meyarlar kimi nəzərə alınır.

AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdəmövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin dahada inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlarınmühüm nəticəsi kimi qiymətləndirilir.

Məqalədə:
Избранный
43
5
az.trend.az

6Источники