RU

Həftədə bir dəfə yemək bişirmək demensiya riskini azalda bilər

Aparılan yeni araşdırma göstərir ki, həftədə ən azı bir dəfə yemək bişirmək demensiya (unutqanlıq) riskinin azalması ilə əlaqələndirilir.

 

Pravda.az bildirir ki, xüsusilə yaşlı insanlar üzərində aparılan tədqiqatda, müntəzəm olaraq yemək hazırlayan şəxslərin zehni qabiliyyətlərinin daha yaxşı qorunduğu müəyyən edilib.

 

Araşdırmaya görə, yemək bişirmə prosesi sadəcə fiziki fəaliyyət deyil, eyni zamanda planlama, qərarvermə, diqqət və yaddaş kimi bir çox beyin funksiyasını aktivləşdirir. Bu da beynin daha uzun müddət sağlam qalmasına kömək edə bilər.

 

Mütəxəssislərə görə, yemək hazırlayan insanlar eyni zamanda daha müstəqil həyat tərzi sürür, gündəlik fəaliyyətlərə daha çox cəlb olunurlar ki, bu da demensiya riskinin azalmasında rol oynaya bilər.

 

Bununla belə, alimlər vurğulayır ki, əldə olunan nəticələr yalnız statistik əlaqəni göstərir və yemək bişirməyin demensiyanın qarşısını birbaşa aldığını demək üçün əlavə araşdırmalara ehtiyac var.

 

Əminə Bayramova

Tarix: 31 Mart 2026, 11:09   
Избранный
38
pravda.az

1Источники