RU

Hörmüz boğazından gəmilərin tranziti Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri 95% azalıb - BMT

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından bəri Hörmüz boğazından gündəlik gəmi tranziti 95%-dən çox azalıb.

Redaktor.az xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında yer alıb.

Hesabatda deyilir: “Hörmüz boğazından keçən gəmiçilik pozulub, tranzit trafik 95%-dən çox azalıb və bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub”.

Təşkilatın məlumatına görə, mart ayının əvvəlində boğazdan gündəlik tranzit 10 gəminin tutumunu aşmayıb, fevralın son həftəsində isə orta hesabla 103 gəmi olub.

Hörmüz boğazının bağlanması neftin qiymətini kəskin şəkildə artırıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
40
1
redaktor.az

2Источники