RU

Qadınların ən bədbəxt olduğu yaş açıqlanıb

Aparılan araşdırmaya əsasən, qadınların həyatında ən aşağı xoşbəxtlik səviyyəsi təxminən 48 yaşa təsadüf edir.

 

Pravda.az bildirir ki, insan həyatında xoşbəxtlik səviyyəsi “U-şəkilli” dinamika ilə dəyişir və ən kritik mərhələ orta yaş dövründə müşahidə olunur.

 

Bu dövrdə qadınların üzləşdiyi əsas çətinliklər arasında həm uşaqlara, həm də yaşlı valideynlərə qayğı göstərmək, artan məsuliyyət və emosional yorğunluq yer alır. Həmçinin hormonal dəyişikliklər də psixoloji vəziyyətə təsir edən amillərdən biri kimi göstərilir.

 

Qeyd olunur ki, bu mərhələdən sonra qadınlarda həyat məmnunluğu yenidən yüksəlməyə başlayır.

 

Əminə Bayramova

Tarix: 31 Mart 2026, 10:50   
Избранный
50
pravda.az

1Источники