RU

"Zirə"nin legioneri FİFA seriyasının ən yaxşısı seçildi

style='margin-bottom:10px;'>

"Zirə"nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi  “FİFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.

QOL.az xəbər verir ki, komanda həlledici görüşdə Estoniya millisi ilə üz-üzə gəlib.

Həm Mikels, həm də Mutsinzi oyuna start heyətdə çıxıb. Görüş Ruandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrenada ilə oyunda (4:0) millidə debüt edən və ilk qolunu vuran Mikels bu görüşdə də rəqib qapısına yol tapıb. O, həm də digər qolun ötürməsini edib. 30 yaşlı hücumçu bu oyunu ilə turnirin ən yaxşı futbolçusu seçilib.

Oyunda Leroy-Jakın Azərbaycanda çxış edən digər iki qardaşı - Coy-Lens Mikels ("Sabah") və Coy Slayd Mikels ("Karvan-Yevlax") iştirak edib. Coy-Lens start heyətdə, Coy Slayd isə sonarda meydana çıxıb.

Избранный
64
2
teleqraf.com

2Источники