Astroloqların son müşahidələrinə görə, bürclərin xarakter xüsusiyyətləri arasında kəskin fərqlər müşahidə edilib. Bəzi bürclər sərt və prinsipial davranışları ilə seçildiyi halda, digərləri isə nəzakət və empatiya ilə ön plana çıxıb.
Ən qəddar bürclər
Astroloqlar bildirir ki, bu bürclər emosiyalarını gizlətməkyə və sərt qərarlar verməyə daha meyillidirlər.
KONKRET.az həmin bürcləri təqdim edir:
Əqrəb – İntiqam hissi güclü olan Əqrəblər xəyanəti bağışlamaqda çətinlik çəkir. Onların sakitliyi çox vaxt “fırtına öncəsi səssizlik” kimi qiymətləndirilir.
Oğlaq – Məqsədyönlü və soyuqqanlı Oğlaqlar duyğulardan çox məntiqə üstünlük verir, bu da onları bəzən amansız göstərə bilir.
Qoç – Ani qəzəb partlayışları ilə tanınan Qoçlar düşünmədən hərəkət edə və qarşı tərəfi incitməkdən çəkinmirlər.
Ən nəzakətli bürclər
Digər tərəfdən, bəzi bürclər davranışlarında incəlik və anlayışla seçilir:
Tərəzi – Harmoniya və balans tərəfdarı olan Tərəzilər münaqişədən qaçır, hər kəsə qarşı ədalətli və nəzakətli davranmağa çalışır.
Balıqlar – Həddindən artıq empatik olan Balıqlar başqalarının hisslərini dərindən anlayır və incitməmək üçün maksimum diqqətli olur.
Xərçəng – Qoruyucu və qayğıkeş Xərçənglər yaxınlarına qarşı həssas və mehriban münasibəti ilə seçilir.
Dəniz Pənahova
KONKRET.az