RU

Küveyt tankeri Dubay yaxınlışında vurulub

BƏƏ sahillərində, Dubaydan təxminən 57 kilometr aralıda naməlum mərmi ilə vurulan tankerdə yanğın baş verib. Vurulan Küveytin "Əl-Salmi" tankeridir.

Herbiand.az xəbər verir ki, bu barədə Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) öz veb saytında məlumat paylaşıb.

UKMTO hesabatında qeyd olunur ki, "naməlum mərmi tankerin sağ bortuna dəyib və nəticədə göyərtədə yanğın baş verib".

"Ekipaj təhlükəsizlikdədir. Ətraf mühitə heç bir təsir qeydə alınmayıb".

Dubay hakimiyyəti gəmidəki yanğının söndürüldüyünü bildirib. Onlar həmçinin tankerin dron tərəfindən vurulduğunu bildiriblər.

Küveytin KUNA agentliyi İran tərəfindən təşkil edilən hücum zamanı gəminin "tam yüklü" olduğunu və lövbərdə olduğunu aydınlaşdırıb. Gəminin maksimum tutumu təxminən 320.000 ton neftdir. Agentlik əlavə edib ki, "birbaşa və qəsdən" hücum gövdəyə zərər verib və "neft dağılması riski yaradıb".

Избранный
46
herbiand.az

1Источники