RU

Qonşusunu xüsusi amansızlıqla öldürən şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ramil Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan zərərçəkmiş şəxsi qəsdən öldürməsinə cəhd etməsinə dair epizod xaric olunub. Ramilə Cinayət Məclləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 17 il müddətə endirilib.

İttihama görə, hadisə 05 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhərində qeydə alınıb.

Bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil Musayevsərxoş halda zərərçəkmiş Anar Hüseynovun evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

Ramil Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O, özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-Ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür.

Təqsirləndirilən şəxs isə Anar Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

Qeyd: Hadisədən sonra mediada cinayətin başqa zəmində törədilməsi barədə də iddialar yayılmışdı.

Избранный
21
4
konkret.az

5Источники