Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gün sona çatır.
Oxu.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə dörd qarşılaşma baş tutacaq.
Türkiyə yığması Kosovo seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Qeyd edək ki, final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək.
DÇ-2026
Pley-off
Final
A yolu
22:45. Bosniya və Herseqovina - İtaliya.
B yolu
22:45. İsveç - Polşa.
C yolu
22:45. Kosovo - Türkiyə.
D yolu
22:45. Çexiya - Danimarka.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.