RU

İsrail parlamenti terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını təsdiqləyib

Bakı, 31 mart, AZƏRTAC

İsrail parlamenti (Knesset) terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzası müəyyən edən qanunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinin lehinə 62, əleyhinə 48 deputat səs verib.

Qanunda göstərilir ki, İsrail vətəndaşını qəsdən öldürən şəxs ölüm və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu ittihamla mühakimə olunan fələstinlilərə isə yalnız ölüm cəzası veriləcək. Ölüm hökmü məhkəmənin qərarı qüvvəyə mindikdən sonra 90 gün ərzində icra olunacaq.

Qanun layihəsi bir çox beynəlxalq təşkilat tərəfindən tənqid edilib.

Избранный
78
1
azertag.az

2Источники