Polşalı alimlər video oyunu tamamladıqdan sonra yarana bilən post-oyun depressiyasını, yəni boşluq və kədər hissini ölçməyi bacarıblar.
Hakimiyyet.az xəbər verir ki, tədqiqatçılar bu vəziyyətin dörd əsas əlamətini müəyyən ediblər: süjet haqqında davamlı düşüncələr, oyunun sonunu ağır keçirmək, oyunu dərhal yenidən oynamaq istəyi və digər media növlərinə marağın azalması.
Məlum olub ki, bu hal ən çox RPG (rol oyunları) həvəskarlarında müşahidə olunur. Belə ki, məhz bu janrda oyunçular personajlara və oyun dünyasına daha güclü emosional bağlılıq hiss edirlər.(axsam.az)