RU

Daşkəsəndə güclü yağışdan sonra yolda SÜRÜŞMƏVİDEO

Daşkəsəndə leysan yağışlarını fəsadları davam edir. Alunitdağ-Daşkəsən yolunda sel suları nəticəsində çökmə baş verib.

Xezerxeber.az xəbər verir ki, fəsad ümumi uzunluğu 3 km olan qəsəbədaxili avtomobil yolunun 2-ci kilometrində qeydə alınıb. Ərazidə torpaq sürüşdüyündən yol dağılıb və hərəkət müvəqqəti dayandırılıb.

Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ərazi çəpərlənib. Rayon fövqaladə hallar komissiyası və "31 saylı yol istismarı" mmc tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işləri görülür.

Yolda gediş-gəliş təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
26
xezerxeber.az

1Источники