RU

Pezeşkian bunkerdən xalqa SƏSLƏNDİ: “İran dünyanın zirvəsində parlayan qiymətli daş kimi işıldayır”

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İranın dövlət televiziyası Məsud Pezeşkianın rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclasının görüntülərini yayımlayıb.Bizim.Media xəbər verir ki, görüntülərə əsasən, görüş çadırla örtülmüş yeraltı bunkerdə keçirilib.

 

Pezeşkian Novruz bayramı münasibətilə iranlıları məhz oradan təbrik edib. İran lideri bu iclasda şəhərlərdə gecə mitinqlərində rejim tərəfdarlarının iştirakını “dəyərli kapital” adlandırıb və bildirib:

“Bu gün İran dünyanın zirvəsində parlayan qiymətli bir daş kimi işıldayır və bütün dünyada azadlıqsevər insanlara ilham verir. Müharibənin dayandırılması ilə bağlı istənilən qərar yalnız irəli sürülmüş bütün şərtlər nəzərə alınmaqla və İranın böyük xalqının ləyaqəti, təhlükəsizliyi və maraqları çərçivəsində qəbul ediləcək”.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
bizim.media

3Источники