RU

Üzü pünhan liderin ikinci müraciəti - Sağlamlıq, yoxsa təhlükəsizlik məsələsi?

İranın yeni ali lideri Müctəba Xamneyi yenidən ölkə əhalisin yazılı müraciət edib və bu dəfə də ictimaiyyət qarşısına çıxmayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, M.Xamneyinin bir ay ərzində ikinci müraciətidir.
Bildirilir ki, müraciətin mətni dövlət televiziyasında oxunub.

Yayımda həmçinin Xamneyinin 28 fevralda hava hücumundan sonra müalicə prosesinin davam etdiyi bildirilib.

ABŞ prezidenti Donald Tramp isə dünən bildirib ki, İran liderinin ağır yaralanması və ya öldürülməsi ehtimalına inanır.

“O, ya ölüb, ya da ağır yaralanıb. O, yoxa çıxıb - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, ötən ayın 28-də atası Əli Xamneyi ilə birlikdə bombardmana məruz qalan Müctəba Xamneyinin ağır yaralı olduğu barədə informasiyaar yeni deyil. Bir ara onun hətta Moskvaya aparıldığı, orada müalicə olunduğu bildirilirdi.

Ancaq ABŞ və İsrail rəhbərliyinin M.Xamneyinin taleyi barədə qeyri-müəyyənlik içində olması göstərir ki, yeni ali lideri son dərəcə ciddi və məxfi şəkildə qoruyur, gizlədirlər.

Onun ictimaiyyət qarşısında görünməməsi sağlamlıq problem ilə bağlı olmaya da bilər, bu saat ən ümdəsi yeni rəhbərin təhlükəsizliyidir. Çünki həm ABŞ, həm də İsrail üçün bir nömrəli hədəf M.Xamneyidir.

Elə İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyn də öz növbəsində Xamneyinin ictimaiyyət qarşısında görünməməsini təhlükəsizliklə bağlı narahatlıqlar və qoruyucu tədbirlərə riayət etməklə izah edib.

Musavat.com

Избранный
28
musavat.com

1Источники