RU

Holand nadir “Maybach Virgil Abloh” avtomobilini 460 min avroya alıb FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mançester Siti” və Norveç millisinin hücumçusu Erlinq Holand unikal “Maybach Virgil Abloh” avtomobilinin sahibi olub.

İdman.Biz-in “The Sun” qəzetininə istinadən məlumatına görə, avtomobilin qiyməti 400.000 funt sterlinq (460.000 avro) olub.

Bu avtomobilin unikallığı ondan ibarətdir ki, cəmi 150 ədəd istehsal olunub və dizaynı “Louis Vuitton” moda evinin mərhum bədii rəhbəri tərəfindən hazırlanıb.

Holand üçün bu cür alışlar qeyri-adi deyil. O və atası əvvəllər Norveç şəhərlərindən birindəki kitabxanaya 130.000 dollardan çox dəyərində orijinal tarixi kitab bağışlayıblar. Məlumata görə, Holand “Mançester Siti”də ildə təxminən 31,5 milyon avro qazanır və bu da onu ən çox qazanan Avropa futbolçularından birinə çevirir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
1
icma.az

2Источники