RU

Fransa ABŞ ilə İsrailin İranla müharibəsinə qarşıdır

Fransa ABŞ ilə İsrailin İranla müharibəsinə qarşıdır.

Moderator.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

O, mülki hədəflərə qarşı hava zərbələrinin endirilməsinin tərəfdarı olmadığını, həmçinin regionda, o cümlədən Livanda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək, müharibəyə son qoymaq, regionda sabitlik və təhlükəsizliyi bərpa etmək məqsədilə həll yolu tapmaq üçün siyasi və diplomatik səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.

İran və Fransanın xarici işlər nazirləri bəzi konsulluq məsələləri ətrafında da fikir mübadiləsi apararaq, iki ölkə arasında müxtəlif səviyyələrdə diplomatik əlaqələrin davam etdirilməsini vurğulayıblar.

Избранный
11
5
moderator.az

6Источники