RU

Mayda 14 gün iş OLMAYACAQ

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq. Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq. Qeyd edək ki, 9 may - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü hesab ediləcək. Bununla da, həftəsonları da daxil olmaqla may ayında ümumilikdə 14 gün iş olmayacaq. 

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır.

Избранный
3
22
Ajans.az

10Источники