RU

Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar

Bakı. Trend:

Martın 30-da Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələriTürkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə ƏlaqələrDepartamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarətediblər.

Bu barədə Trend-əMedianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Dezinformasiya ilə MübarizəMərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin fəaliyyətistiqamətləri, institusional strukturu, habelə dezinformasiya iləmübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunanyanaşmalar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzmüasir informasiya mühitində saxta və manipulyativ məzmunlarınoperativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınmasıistiqamətində sistemli fəaliyyət həyata keçirir.

Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiyailə mübarizə sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalqtəcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsiaparıblar. Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təminedilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitininformalaşdırılması, habelə analitik təhlil imkanlarınıngücləndirilməsi məsələləri müzakirə olunub.

Məqalədə:
Избранный
56
29
az.trend.az

10Источники