RU

Kulevi neft emalı zavodu Rusiya xammalından imtina edir

Gürcüstanın "Black Sea Petroleum" (BSP) şirkətinə məxsus Kulevi neft emalı zavodu yaxın vaxtlarda Rusiya neftinin emalını tamamilə dayandıracaq.

Olaylar.az xəbər verir ki, bu barədə müəssisənin baş direktoru David Potsxveriya yerli mediaya müsahibəsində bildirib.

O qeyd edib ki, zavod Rusiya xammalını Türkmənistan, gələcəkdə isə Qazaxıstan nefti ilə əvəzləyəcək.

D.Potsxveriyanın sözlərinə görə, Türkmənistan neftinin emalına Azərbaycan ərazisindən tranzit məsələsi həll olunan kimi başlanılacaq:

"Azərbaycan vasitəsilə dəmir yolu tranziti təşkil edildikdən sonra digər mənbələrdən, o cümlədən Qazaxıstandan da xammalın qəbulu avtomatik reallaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
1
olaylar.az

2Источники