RU

"Nestle"nin 12 ton şokoladlı vaflisi oğurlandı

Bakı. Trend:

İsveçrənin qida nəhəngi "Nestle" İtaliyadakı istehsalmüəssisəsindən Polşaya göndərilən təxminən 12 ton şokoladlı vafliyükünün oğurlandığını açıqlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, şirkətin verdiyi məlumata görə,təxminən 414 min ədəd məhsulu daşıyan nəqliyyat vasitəsi və yükhələ də tapılmayıb.

Hadisə ötən həftə istehsal və paylama məntəqələri arasındadaşınma zamanı baş verib. Oğurlanan məhsulların normalda Avropabazarlarına paylanması planlaşdırılırdı.

Şirkət, oğurlanan məhsulların Avropada qeyri-rəsmi satışkanallarına çıxarıla biləcəyi ehtimalına qarşı istehlakçılara vəpərakəndə satıcılara xəbərdarlıq edib. Bildirilib ki, hər birməhsulun üzərində yerləşdirilmiş unikal partiya kodları vasitəsiləhəmin malların izlənməsi mümkündür.

İstehlakçılar və satıcılar qablaşdırma üzərindəki koduyoxlayaraq məhsulun oğurlanmış partiyaya aid olub-olmadığınımüəyyən edə biləcəklər. Uyğunluq aşkar edildiyi halda, məlumatbirbaşa şirkətə ötürüləcək və sübutlar aidiyyəti qurumlarlapaylaşılacaq.

Məqalədə:
Избранный
44
1
az.trend.az

2Источники