RU

Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Yapon alimləri qəhvənin tərkibindəki maddələrin bağırsaq xərçəngi hüceyrələrinin böyüməsini necə ləngitdiyini müəyyən ediblər. "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, qəhvə polifenollarından yaranan kofein turşusu şiş hüceyrələrinin bölünməsinə mane olur.Kioto Universitetinin mütəxəssisləri aşkar ediblər ki, bu maddə xərçəngin inkişafında rol oynayan RPS5 zülalı ilə birləşərək onun fəaliyyətini bloklayır. Nəticədə xərçəng hüceyrələri DNT-ni kopyalaya bilmir və onların artımı dayanır. Bu kəşf gələcəkdə kolorektal xərçəngin profilaktikası və müalicəsi üçün yeni üsulların hazırlanmasına yol aça bilər.Tədqiqatçılar bu nəticələrin hələlik laboratoriya şəraitində əldə olunduğunu vurğulayırlar. Qəhvə hər kəs üçün faydalı olmaya bilər və tərkibindəki digər maddələrə görə ondan həddindən artıq istifadə etmək məsləhət görülmür. Elm adamları qeyd edirlər ki, içkinin potensial faydaları olsa da, sağlamlıq üçün balans qorunmalıdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
demokrat.az

3Источники