RU

Tramp ŞOKDA: Pezeşkian ABŞ la bağlı görün nələr dedi… KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

İran prezidenti Məsud Pezeşkian ABŞ-da keçirilən etiraz aksiyaları ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-də “No Kings” (“Krallara yox”) şüarı ilə keçirilən etirazlar ölkə rəhbərliyinin siyasətinə qarşı narazılığın göstəricisidir.

KONKRET.az-ın xəbərinə görə, Pezeşkian hesab edir ki, amerikalılar demokratiyanın “kənar qüvvələrin təsiri altında idarə olunmasından” narazıdırlar.

İran prezidenti bildirib ki, ABŞ lideri Donald Tramp bu etirazların səbəblərini izah etməlidir. O, həmçinin qeyd edib ki, süni intellekt sahəsində çalışan mütəxəssislər ölkədəki real vəziyyəti rəhbərliyə çatdırmalıdır.

Pezeşkianın fikrincə, ABŞ cəmiyyətində “Öncə İsrail” yanaşmasına qarşı narazılıq artır və bu, etirazların əsas səbəblərindən biridir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
konkret.az

2Источники