RU

Zelenski “Pasxa atəşkəsi” təklif edir

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev Pasxa bayramı dövründə atəşkəsə hazırdır – lakin bunun üçün Rusiya da eyni addımı atmalıdır.

Zelenski Yaxın Şərqə səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, əslində müharibənin qısa müddətli deyil, tam dayandırılması vacibdir:“Biz Pasxa bayramı üçün atəşkəsə hazırıq. Düzünü desəm, həyatı qiymətləndirən normal insanlar bir neçə gün yox, ümumiyyətlə atəşkəsdən danışmalıdır. Amma biz ləyaqətimiz və suverenliyimizdən başqa hər cür kompromisə açığıq”.

Prezident həmçinin qeyd edib ki, Ukrayna beynəlxalq tərəfdaşlardan Rusiya neft infrastrukturuna zərbələrin azaldılması ilə bağlı siqnallar alır. Bu çağırışların qlobal enerji böhranı fonunda edildiyi vurğulanır.

Zelenski bildirib ki, bu məsələdə “güzgü prinsipi” mümkündür:

“Əgər Rusiya Ukraynanın enerji infrastrukturuna zərbə endirməsə, biz də onların enerji obyektlərinə zərbə vurmayacağıq”.

Bununla belə, o, söhbətin hansı konkret tərəfdaşlardan getdiyini açıqlamayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
azpolitika.info

1Источники