RU

ABŞ İranın strateji ərazisini ələ keçirir? - Trampdan AÇIQLAMA

Donald Trump ABŞ-nin İranın Fars körfəzində yerləşən əsas neft terminalı olan Xarq adasını ələ keçirmə ehtimalını gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, o bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb.

Tramp bildirib ki, Vaşinqtonun İranla bağlı bir neçə variantı var: “Bəlkə Xarq adasını alarıq, bəlkə yox. Çoxlu seçimlərimiz var. Bu həm də orada müəyyən müddət qalmağımız anlamına gələ bilər”.

ABŞ prezidenti əlavə edib ki, İran “hörmət əlaməti olaraq” yaxın günlərdə Hörmüz boğazından neft daşıyan 20 gəminin keçidinə icazə verməyə razılaşıb. Bununla yanaşı, o, Tehranla danışıqların “çox yaxşı getdiyini” desə də, İranla bağlı nəticələrin hər zaman qeyri-müəyyən olduğunu vurğulayıb.

Bu arada İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, İran universitetlərinin təhlükəsizliyinə təminat verilməzsə, İsrail universitetləri və regiondakı ABŞ universitetlərinin filialları “qanuni hədəf” hesab oluna bilər.


Telegram kanalımız
Избранный
25
yenisabah.az

1Источники