RU

"Barselona" ərəblərlə danışıqlara başladı - FOTO

"Barselona" portuqaliyalı müdafiəçi Juan Kanselunun tamhüquqlu transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara start verib.

Oxu.Az xəbər verir ki, 31 yaşlı futbolçu özü də karyerasını məhz Kataloniya klubunda davam etdirməkdə israrlıdır.

Qeyd edək ki, hazırda Kanselu "Barsa"nın heyətində "Əl-Hilal"dan icarə əsasında forma geyinir və onun mövcud müqaviləsi bu mövsümün sonunadək qüvvədədir.

Cari mövsüm ərzində Juan Kanselu klub səviyyəsində meydana çıxdığı 18 qarşılaşmada rəqib qapılarından 2 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

"Cebheinfo.az"

Избранный
7
3
cebheinfo.az

4Источники