RU

Azərbaycan pambıq ixracından qazancını 45 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 41,07 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 44,5 % çoxdur.

Pambıq üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,08 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 1,12 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

"Cebheinfo.az"

Избранный
19
7
cebheinfo.az

10Источники