RU

Bu halda problemlə üzləşə bilərsiniz KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər yağan intensiv yağışlar iri göllərin yaranması ilə nəticələndi. Bu isə öz növbəsində küçə və peospektlərdə mövcud olan kanalizasiya lyuklarının, drenajların işləmədiyini üzə çıxardı. Qeyd edək ki, iri küçələrlə yanaşı, bir çox həyət evlərində də kanalizasiya xətti və lyuklar yerləşir. Bəs bu lyukların alternativ kimi (məsələn, üçüncü xətt) kimi istifadə olunması qanunvericiliyə ziddir, yoxsa mümkündür?

Belə hallarda, xüsusilə ərazi gələcəkdə plana düşərsə, yəni söküntü və ya yenidənqurma işləri aparılarsa, həyətində lyuk olan sakinlər üçün hüquqi problem yarana bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, əslində kanalizasiya sisteminin bütün xətləri bir-birinə birləşir.

Elnur Azadov əlavə edib ki, kanalizasiya xətti çox aralıda yerləşirsə, bunun üçün xüsusi icazələrin alınması vacibdir.

“Adətən həyətyanı ərazilərdə kanalizasiya təminatı varsa, xətt yolun qırağından keçir. Əsasən əhalinin gediş-gəlişi olan yerlərdə çəkilir. Kanalizasiya xəttləri olan hissələrə lyuklar birləşir”, – deyə Azadov qeyd edib.

Ekspert vurğulayıb ki, əlavə xəttin qoyulması mümkündür və qanunda ciddi məhdudiyyət yoxdur. Yeganə tələb texniki şərtin alınmasıdır.

Dəniz Pənahova

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
konkret.az

2Источники