GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yaxın zamanda İranla razılaşmanın mümkün olacağı barədə əvvəlki sözlərini təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Stranaua” məlumat yayıb.
İndi o bildirir ki, yaxın vaxtlarda razılaşmanın əldə olunması çətin görünür və elektrik stansiyalarının, neft quyularının, Xarq adasının ələ keçirəcəyi ilə hədələyir.
“Amerika Birləşmiş Ştatları İranda hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yeni və daha məntiqli rejimlə ciddi danışıqlar aparır. Əhəmiyyətli irəliləyiş əldə olunub.
Lakin hər hansı səbəbdən yaxın zamanda razılaşma əldə olunmasa — ki, bu da böyük ehtimalla belə olacaq — və Hörmüz boğazı dərhal “ticarət üçün açılmasa”, biz İrandakı “möhtəşəm iştirakımızı” partlayışlarla və onların bütün elektrik stansiyalarının, neft quyularının və Xarq adasının (və bəlkə də bütün duzsuzlaşdırma qurğularının) tam məhv edilməsi ilə başa çatdıracağıq. Biz indiyədək onlara qəsdən toxunmamışıq”, — deyə Tramp yazıb.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.