RU

Yaxın Şərq alovlanır: Rusiya qazanır

İran ətrafında artan geosiyasi gərginlik neft bazarındakı gözləntiləri ciddi şəkildə dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, analitiklərin gözləntilərinə əsaslanan konsensus proqnozuna görə, Rusiyanın "Urals" neftinin 2026-cı il üçün orta qiyməti bir barel üçün 75–80 dollar səviyyəsinə yüksələ bilər.

Bu, büdcədə əsas götürülən təxminən 60 dollarlıq baza qiymətindən 15–20 dollar yuxarı bir göstərici deməkdir. "Kommersant" qəzetinin məlumatına görə, bu fərq birbaşa büdcə gəlirlərində özünü büruzə verir.

İqtisadçılar qeyd edirlər ki, neft qiymətindəki hər 10 dollarlıq artım Rusiya büdcəsinə illik təxminən 1–1,5 trilyon rubl (12–18 milyar dollar) əlavə gəlir təmin edir.

Mövcud proqnozlar reallaşarsa, ümumi əlavə gəlir 2–3 trilyon rubla (24–36 milyar dollar) çata bilər. Hürmüz boğazında artan risklər qlobal neft tədarükünün təxminən 20 faizinə təsir etmək potensialına malikdir.

Bu səbəbdən bazarlarda tədarükün azalacağı gözləntisi güclənir və qiymətlər yuxarıya doğru təzyiq altında qalır. Rusiya isə belə bir mühitdə neftini xüsusilə Asiya bazarlarına yönəldərək yüksək qiymətlərlə satış imkanı əldə edir.

Lakin analitiklər bu vəziyyətin qalıcı olmaya biləcəyini vurğulayırlar. Geosiyasi gərginliyin azalacağı təqdirdə qiymətlərin yenidən 60–65 dollar diapazonuna geriləyə biləcəyi bildirilir.

Buna baxmayaraq, mövcud ssenaridə neft qiymətlərinin büdcə həddindən yuxarıda qalması Rusiya üçün qısamüddətli dövrdə on milyardlarla dollarlıq əlavə gəlir potensialı yaradır.

Избранный
30
1
cebheinfo.az

2Источники