Yazını böyüt
Yazını kiçilt
Ucarda yol qəzası olub, xəsarət alan var.
Hafta.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.apa