RU

ABŞ Kubaya neft aparan Rusiya tankerini dayandırmadı Tramp adaya enerji embarqosunu qaldırıb?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Sahil Mühafizəsi Küba sahillərində Rusiya tankeri “Anatoli Kolodkin”i dayandırmaqdan imtina edib. Tanker ABŞ tərəfindən enerji embarqosu tətbiq edilmiş adaya 730 min barrel neft daşıyır. “Associated Press” xəbər verir ki, gəmi martın 31-nə qədər Kubanın Matanzas limanına çata bilər.

Qeyd olunur ki, ABŞ sahil mühafizəsinin patrul gəmilərinə Rusiya tankerini dayandırmaq əmri verilməyib.

Rusiya tərəfindən Kubaya iki tanker neft və yanacaq göndərildiyi barədə məlumat martın 18-də yayılmışdı. “Anatoli Kolodkin” təxminən 100 min ton “Urals” markalı xam neft daşıyır. Digər gəmi “Sea Horse” isə Honq Konq bayrağı altında hərəkət edir.

Kremlin sözçüsü Dmitri Peskov martın 17-də açıqlamışdı ki, Moskva adaya mümkün dəstəyi göstərməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp martın 30-da jurnalistlərə bildirib: “İstənilən ölkə indi Kubaya neft göndərmək istəyirsə, mənim buna problemim yoxdur – istər Rusiya, istər başqa ölkə olsun”.

Tramp həmçinin qeyd edib ki, “Kubada vəziyyət bitib, onların rejimi pisdir, korrupsiyalıdır və tanker gəlsə də, heç nəyi dəyişməyəcək”.

16 martda Kubada böyük enerji kəsintisi baş verib - təxminən 10 milyon əhali elektrik enerjisiz qalıb. Bu, ABŞ-ın yanvarın sonunda tətbiq etdiyi enerji blokadası ilə üst-üstə düşüb.

Venesuela lideri Nikolas Maduronun oğurlanmasından sonra, bu ölkədən Kubaya neft tədarükü dayanıb. Bununla yanaşı Tramp imzaladığı fərmanla adaya neft göndərən ölkələrdən idxal edilən məhsullara rüsumlar tətbiq edilib.

ABŞ administrasiyası hesab edir ki, Kuba hökuməti “düşmən ölkələrlə və zərərli subyektlərlə” əməkdaşlıq edir, onların hərbi və kəşfiyyat obyektlərini öz ərazisində yerləşdirir. ABŞ tərəfi, xüsusilə Kubada Rusiya radioelektron kəşfiyyatının ən böyük xarici mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

Tramp əlavə edib ki, Kuba ABŞ ilə danışıqlar razılaşmağa çalışır və artıq dövlət katibi Marko Rubio ilə danışıqlar aparılır. Prezident həmçinin “adaya dostcasına müdaxilə” ehtimalını da istisna etməyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
azpolitika.info

1Источники