Ucarda yol qəzası olub, xəsarət alan var.1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Aysel Allahverdiyeva xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.