Ucarda yol qəzası olub, xəsarət alan var.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.