RU

Goranboyda ağır QƏZA

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, qəza rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla "BMW" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, mikroavtobus Goranboy-Goran marşrutu üzrə sərnişin daşımaları həyata keçirir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
4
olaylar.az

7Источники