RU

Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən yol (Bakı istiqamətində) istifadəyə yararsız vəziyyətdədir. 

Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri yolu lentə alaraq sosial şəbəkə hesabında paylaşıb. Kadrlardan görünür ki, yolun səthi nahamar, dərin çuxurlarla doludur və xüsusilə gecə saatlarında hərəkət ciddi təhlükə yaradır.

Sürücünün sözlərinə əsasən, yoldakı çuxurlar nəqliyyat vasitələrinə maddi ziyan vurur. Paylaşılan videoda onlarla avtomobilin təkərlərinin sıradan çıxdığı görünür. Şikayətçi əlavə edib ki, bir müddət əvvəl maşını dərin çuxura düşdüyü üçün təkəri zədələnib və dəyişdirməli olub.

O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin cavab ala bilmədiyini bildirib.

Bir sözlə, dərin çuxurlarla dolu və yamaqlı yol sürücülər üçün ciddi risk mənbəyi olmağa davam edir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
16
avtosfer.az

10Источники