RU

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

"Rasim Balayevin necə böyük və peşəkar sənətkar olduğunu İstanbulda "Həm ziyarət həm ticarət" filminin çəkilişlərində bir daha öz gözlərimlə gördüm".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Hacı İsmayılov böyük aktyorla bağlı düşüncələrini bölüşərkən bildirib.

O vurğulayıb ki, məhz o filmdən sonra təkcə iş yoldaşı deyil, sözün əsl mənasında dost olublar:
 

"Sonralar da tez-tez görüşərdik. Rasim müəllim çox səmimi və yüksək mənəviyyata sahib bir insan idi. Bir dəfə bir mədəniyyət yazarı ondan soruşmuşdu: “Rasim müəllim, ölüm haqqında nə deyə bilərsiniz?” O, bir qədər düşündükdən sonra belə demişdi: “Ölüm qaçılmazdır. Bu dünyaya gələn bir gün gedəcək. Amma əsas odur ki, yaşadığın müddətdə yaxşı işlər görəsən ki, səndən sonra insanlar səni hörmətlə xatırlasın, “Allah rəhmət eləsin” desin”.


“Onun bu dünyadan belə tez köçməsi bizim üçün gözlənilməz oldu. Bilirdik ki, səhhətində, xüsusilə də ayaqlarında problemlər var idi. Dövlət tədbirlərində tez-tez görüşəndə qoluma girərdi, “gəl, bir yerdə gedək” deyərdi. Mən də ona kömək edərdim. Belə sənətkarlar tez-tez yetişmir. Rasim Balayev kimi aktyor olmaq üçün illər, zəhmət, istedad və böyük ürək lazımdır. O, ömrünün sonuna qədər sənətinə sadiq qaldı, dərdini çox vaxt gizlətdi və son nəfəsinə qədər güclü qaldı" – deyə H. İsmayılov bildirib.

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

Избранный
14
1
bizim.media

2Источники