RU

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qəbələ rayonunun Bum qəsəbəsindən olan şəhid Adəm Heydərovun mövludu ehtiramla qeyd olunub.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 44 günlük Vətən Müharibəsi şəhidlərindən olan Adəm Heydərovun doğum günü münasibəti ilə çox sayda şəhid ailələri, qazilər, qəsəbə sakinləri bir araya gəlib.Şəhidin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad ediblər. Adəmin keçdiyi şərəfli həyat yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi xüsusi vurğulanıb.Qeyd olunub ki, Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü qatılan ilk əsgərlərdən biri olub. Müharibə zamanı o, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Adəm Heydərov oktyabrın 13-də Ağdərə döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Doğrulduğu qəsəbədə dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin mərazı başına toplaşanlar vurğulayıb ki, xalqımız qəhrəman övladlarını unutmur, onların əziz xatirəsini daim qəlblərdə yaşadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
bizim.media

2Источники