RU

İsrail son iki gündə İranda 40-dan çox silah istehsal obyektini vurduğunu açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ ilə birlikdə həyata keçirdiyiəməliyyatlar çərçivəsində İran ərazisində son iki gün ərzində40-dan çox silah istehsalı obyektini hədəf aldığını açıqlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ordudan verilən məlumata görə,İrana qarşı hava hücumları intensiv şəkildə davam etdirilir və buəməliyyatlar ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Açıqlamaya əsasən, ötən gecə İranın paytaxtı Tehran şəhərinətəşkil edilən hava zərbələri zamanı müxtəlif silah istehsalıobyektlərinə 80-dən çox bombanın atıldığı irəli sürülüb.

Məlumata görə, hücumlar zamanı uzun mənzilli zenit raketlərininyığılması zavodu, tank əleyhinə və hava hücumundan müdafiəraketlərinin komponentlərinin istehsal edildiyi müəssisələr, eləcədə ballistik raket mühərriklərinin istehsal olunduğu kompleks hədəfalınıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
1
2
az.trend.az

10Источники