RU

Oyunçunun xokkey çubuğu konkidə ilişdi, hakim köməyə gəldi - VİDEO

Milli Xokkey Liqasının (NHL) müntəzəm çempionatında "Pitsburq Pinqvinləri" öz meydanında "Dallas Stars" komandası ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, oyun zamanı maraqlı hadisə baş verib.

Belə ki, "Dallas Stars" komandasının oyunçunun xokkey çubuğu konkisində ilişib və onu çıxarmaq mümkün olmayıb. Matç zamanı Hadisəni görən hakim dərhal köməyə çatıb.

İlk cəhddə çubuğu çıxarmaq mümkün olmasa da, sonda oyunçu təhlükəsiz şəkildə xilas edilib.

Qısa və gülməli an sosial şəbəkələrdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, qarşılaşma 6:3 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Избранный
28
1
idman.biz

2Источники