RU

"Bura sizin atanızın kanalı deyil" Kərim Abasovdan sərt mesaj VİDEO

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müğənni Kərim Abasov aparıcısı olduğu verilişə qatılan sənətçilərə sərt xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, o, efirə gələn qonaqların davranışından narazı qaldığını gizlətməyib və bundan sonra qaydaların dəyişəcəyini açıqlayıb.

Müğənni bildirib ki, kanala gələn qonaqlar özlərini düzgün təqdim etmədikləri halda efirə buraxılmayacaqlar:

“Bundan sonra verilişə gələn bütün sənətçilərə sözümü deyirəm. Siz MTV kanalına daxil olanda bilməlisiniz ki, bura sizin atanızın kanalı deyil. Kanala gələndə özünüzü necə təqdim edəcəksinizsə, mən də efirdə sizə elə münasibət göstərəcəyəm. Məndən artıq nəsə gözləməyin.

Sizlərdən heç kim məndən üstün deyil. Mən 23 ildir səhnədəyəm. 7 aydır canlı efir aparıram və bu müddətdə kanal rəhbərliyi tərəfindən mənə heç bir irad bildirilməyib, əksinə, hər zaman alqışlanmışam.

Xahiş edirəm, efirə gələndə özünüzü düzgün təqdim edin. Əks halda, necə gəlmisinizsə, elə də geri qayıdacaqsınız. Narahat olmayın, sizsiz də efir əla olacaq”.

Yasəmən, BakuPost

" target="_blank">

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
www.bakupost.az

1Источники