Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,6 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri isə 22,05 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 39 % azdır.
2 ayda gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,75 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.
Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.
Bizim.Media