RU

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmaz rayonunda su basan evlərin və təhsil müəssisələrinin sel sularından təmizlənməsi işləri davam edir. Ötən gün 26 şagirdi olan Cığatay kənd ibtidai məktəbin zirzəmisini və həyətini basmış yağış suları FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən çəkilərək təmizlənib.

Bu barədə Bizim.Media-ya Çığatay kənd ibtidai məktəbinin direktoru Vəfa Musayeva məlumat verib.

Onun sözlərinə görə, yanğınsöndürənlər məktəblə yanaşı, kənddə bir neçə yaşayış evinin də su basmış yerlərini sel sularından təmizləyiblər.

Məktəb direktoru olan Vəfa Musayeva bu zaman xoş bir təsadüflə də qarşılaşıb. O, illər sonra Fövqəladə Hallar Nazirliyində çalışan sinif yoldaşı ilə sel nəticəsində qarşılaşdığını deyib:
 

“Məktəbimizə köməyə gələnlər arasında 28 il görmədiyim sinif yoldaşım və həmkəndlim Elşən Cəlilovu da görüb çox sevindim. 1998-ci ildə Mollabürhan kəndində orta məktəbi bitirəndən sonra Elşəni görməmişdim. Sel bizi görüşdürdü. Elşən Cəlilov Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin rəisidir".


Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaçmaz şəhərindəki 6 saylı tam orta məktəbin su dolmuş qazanxanasının suyu da FHN-nin əməkdaşları tərəfindən çəkilib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
6
2
bizim.media

3Источники